• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Lənkəranda karantin qaydalarını pozan obyekt sahibinə cinayət işi açıldı - FOTO



Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təşkil olunan daha iki toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması hallarını müəyyən edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Dörd fəsil” və “Şirinlər” restoranlarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilən say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

“Dörd fəsil” restoranının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub, ”Şirinlər” restoranının sahibi barəsində isə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Şəmkir Saray” və “Ömər-Oruc” şadlıq evlərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçsə də xidmət personalının və mərasimdə iştirak edən bir neçə qonağın COVİD-19 pasportunun olmaması aşkarlanıb.

Mövcud qayda pozuntusuna inzibati protokol tərtib edilib.

Monitorinq iştirakçıları həyət evlərində təşkil olunan toy mərasimlərini də ziyarət edib və 50 nəfərdən artıq olmamalı olan toy mərasimlərində say həddindən artıq qonaqlar iştirak etdiyi aşkarlanıb. Həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb, mərasim təşkilatçıları inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə həftə ərzində aparılan monitorinqlər zamanı rayon ərazisindəki “Yamin”, “Ceyhun”, “Uğur”, “Daşlı Qala”,”Şəmkir”, “Ömər-Oruc”, “Xan”, “Dostluq” və “Elmir” restoranlarında, həmçinin 20-dən çox fərdi yaşayış evlərində təşkil olunan toy mərasimlərində say həddinin çox olması, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçilməməsi, sosial məsafə və COVİD-19 pasportunun olmaması kimi qayda pozuntuları aşkar edilib.

Həmin restoran sahibləri və fərdi yaşayış evindəki toy mərasimlərinin təşkilatçıları barəsində İnzibatı Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.

ƏN ÇOX OXUNANLAR

0.11406683921814