• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Müştərilər “Bank BTB”dəki pullarını geri götürürlər?



Bu ilin yanvar-sentyabr aylarına olan sonuncu məlumata görə “Bank BTB” ASC-də müştəri depozitləri (tələbli və müddətli) ilin əvvəli ilə müqayisədə 8,1% azalıb.

Ekonominfo.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin Bank BTB” ASC-də müştəri depozitlərinin həcmi 159 milyon 224 min manat olduğu halda, son 9 ayda 11 milyon 902 min manat azalaraq oktyabr ayının əvvəlində 147 milyon 322 min manat olub.

Qeyd edək ki, bu ilin ilk 3 rübü ərzində “Bank BTB” ASC-nin xalis zərəri 987 min manat olub. Ötən ilin eyni dövründə də Azərbaycanda fəaliyyət göstərən 25 bankdan yalnız “Bank BTB” ASC zərərlə işləyib. 

Qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

“Bank BTB"nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.

ƏN ÇOX OXUNANLAR

0.077250957489014