• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Aİ daxilində nüfuz savaşı qurumu çökdürür – Nə baş verir? – ŞOK



Avropa İttifaqı (Aİ) daxilində rəhbər şəxslər arasında mövqe uğrunda savaş pik həddə çatmaqdadır. İsrail-HƏMAS müharibəsindən sonra Aİ daxilindəki savaş artıq açıq müstəviyə keçib. Hazırda savaş əsasən Avropa Şurasının prezidenti Şarl Mişellə Aİ komissiyasının rəhbəri Ursula der Leyen arasında gedir.

Aİ daxilindəki çəkişmə artıq dünyanın ən ciddi media qurumlarında da müzakirə premdetinə çevrilməkdədir. 

“Bloomberg”in yazdığına görə, uğursuzluq silsiləsi Avropa Birliyinin daxili gərginliyini ifşa edir və onun geosiyasi ambisiyalarına kölgə salır. Aİ-nin iki ən yüksək vəzifəli məmuru prezident Co Baydenlə birlik nümayiş etdirmək üçün keçən həftə Ağ Evə səfər ediblər. Bu, iki liderin Baydenlə ayrı-ayrılıqda görüş keçirdiyi ABŞ-də açıq-aydın görünürdü. Lakin ictimaiyyətin diqqətini aralarındakı münaqişədən yayındırmaq üçün xatirə fotoşəkili çəkdiriblər. Qarşıdurma o həddə çatıb ki, hətta Avropa Komissiyasının prezidenti bu günlərdə İsrail-Fələstin müharibəsi ilə bağlı keçirdiyi Zirvə toplantısına həmkarını dəvət etmədi.

Aİ qaydalarına əsasən, bu iki şəxs üzv-ölkələr blokunun xarici siyasət kursunu birlikdə müəyyən edirlər.  Çin və ABŞ-nin öz iqtisadi maraqlarını müdafiə etməkdə daha iddialı olduqları bir vaxtda fon der Leyen məhz bu sahədə daha çox nüfuz qazanmağa qərar verib.

Nəşr yazır ki, İsraillə HƏMAS arasında baş verən sonuncu müharibə Aİ liderləri arasındakı ziddiyəti daha da kəskinləşdirib. Çünki Yaxın Şərqdə yeni müharibə getdikcə daha ciddi bir sınağa çevrilir və kimin kim olduğunu ortaya qoyduğu halda, Aİ rəsmiləri buna zamanında adekvat reaksiya verə bilmədi. Nəticədə Aİ qurum olaraq özünü çox pis vəziyyətə saldı. Belə ki, Aİ rəsmiləri ziddiyyətli bəyanatlar verməklə uğursuzluğa düçar oldular. 

Aİ kimi bir qurumun rəhbərlərinin ziddiyətli mövqe sərgiləməsi, o cümlədən Aİ Komissiyasının rəhbəri Ursula fon der Leyenlə və Avropa Şurasının sədri Şarl Mişel arasındakı münaqişə ittifaqın effektivliyinə ciddi xələl gətirmış oldu. Yaranmış durum Aİ rəhbərliyi və diplomatları tərəfindən biabırçı addım kimi dəyərləndirildi. Bu addım nəinki Aİ-nin effektivliyinə xələl gətirdi, eyni zamanda bu insanlar Ukrayna və İsraildəki münaqişələrlə, həmçinin Çinlə ticarətədək olan məsələlər siyahısında etibarlı bir cəbhə təqdim etməli olduğu bir vaxtda atdıqları addımlar təşkilatın tərəddüdlü mövqe sərgiləməsinə şərait yaradır. 

Səfirlər və rəsmilər bildiriblər ki, onun səlahiyyətləri İsraildə dayanmış ola bilər.

Oktyabrın 7-də İsrailə hücum zamanı Fon der Leyen tez hərəkətə keçərək Aİ-nin Təl-Əvivə tam dəstəyini bəyan edib və HƏMAS-ın hücumunu pisləyib. 

Fon der Leyenin hərəkətləri onu protokol və məzmun baxımından həmkarları ilə ziddiyyətə səbəb olub.  Aİ-yə üzv olan bir dövlətlər onu Qəzza zolağındakı humanitar vəziyyəti lazımınca qeyd etməməkdə günahlandırdılar.

Pərdə arxasında avropalı diplomatlar fon der Leyeni bəyənməsələr də, İsrailə səfər etməsindən sonra ona olan münasibət dəyişdi. Ümumiyyətlə, İsrail-Fələstin müharibəsi Aİ daxilində əməlli-başlı böhran yaradıb. Aİ qlobal aləmdə baş verən proseslərə çevik, ədalətli, adekvat reaksiya verə bilməməsi, ziddiyyətli yanaşma sərgiləməsi, proseslərin arxasınca sürünən bir quruma çevrilməkdədir. Aİ müstəqil təşkilat mövqeyindən çıxaraq hansısa ölkələrin əlində alətə çevrilməkdədir. Hansı ki, biz bunu Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində də görməkdəyik. Aİ Avropa ölkələrinin maraqlarını müdafiə etmək əvəzinə, Fransanın əlində Azərbaycana qarşı bir təzyiq vasitəsinə çevrilib. Bu da təbii ki, Aİ kimi nüfuzlu bir təşkilatın mövqeyinə ciddi xələl gətirir.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.1046998500824