• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Vətən müharibəsi iştirakçıları KOBİA-da işlə təmin edilib



İki Vətən müharibəsi iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.

Baki.Media xəbər verir ki, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edən və Füzulinin azad olunmasına görə medalı ilə təltif olunan Səid Abasov Agentliyin Bakı şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib.

İşlə təmin edilən digər Vətən müharibəsi iştirakçısı isə Xəyal Məmmədzadədir. Vətən müharibəsində Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edən X.Məmmədzadə Agentliyin Sumqayıt şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib.

Qeyd edək ki, KOBİA Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”na qoşulub, sahibkarlıq subyektlərinin də bu xeyirxah təşəbbüsdə iştirak etməsi üçün çağırış edib.

ƏN ÇOX OXUNANLAR

0.12469410896301