• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

9 min kv.km ərazi Bakının nəzarətinə keçəcək –Qrant Baqratyan



Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edəndə Rusiya sülhməramlılarının əhəmiyyəti qalmadı. Artıq növbəti addım onların Qarabağdan çıxmasıdır.

Globalinfo.az  xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Ermənistan hökuməti Azərbaycan hakimiyyətindən qorxur. Dəhlizlər Nikol Paşinyanın təqdim etdiyi xəritəyə uyğun verilsə, o zaman Ermənistan daha 9 min kvadrat kilometr ərazidən, yəni Sünikdən (Qərbi Zəngəzur – red.) məhrum olacaq. 2 dəhlizi versəniz, Zəngəzurun Ermənistanla əlaqəsi kəsiləcək. Zəngəzura getmək üçün o dəhlizlərdən keçməliyik, oradan da keçmək üçün icazə almalıyıq. Bundan sonra İrəvan-Qarakilsə, İrəvan-Qafan avtobusları işləməyəcək”, – Qrant Baqratyan bildirib.

Qeyd edək ki, Qərbi Zəngəzurun sahəsi 9 min kv.km deyil, 4 min kv.km-ya yaxındır.

 

ƏN ÇOX OXUNANLAR

0.59586596488953