• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar - YENİLƏNİB



Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar.

Ölkə.az-ın Report-a istinadən məlumatına görə, bu gün tatamiyə çıxan idmançılardan Aslan Kotsoyev gümüş, Tuncay Şamil (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafata sahib çıxıblar.

Beləliklə, komanda medal sıralamasında ilk sırada qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb. Sentyabrın 8-də komanda yarışı olacaq.

***

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Ölkə.az xəbər verir ki, Aslan Kotsoyev (90 kq) finalda Serbiya təmsilçisi Milyan Raduljla ilə üz-üzə gəlib.

Rəqibinə uduzan təmsilçimiz gümüş mükafatla kifayətlənib.

Eyni çəkidəki Tuncay Şamil italiyalı Henri Ovusuya qalib gələrək bürünc medal qazanıb.

***

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Ölkə.az-ın məlumatına görə, Aslan Kotsoyev (90 kq) bu raundadək irəliləyə bilib.

O, həlledici qarşılaşmada Milyan Raduljla (Serbiya) güləşəcək. Eyni çəkidəki Tuncay Şamil bürünc medal uğrunda görüşdə italiyalı Henri Ovusunun müqavimətini qırmağa çalışacaq.

+100 kq-dakı Kənan Nəsibov üçüncü yer uğrunda Tomas Raska ilə (Çexiya) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

ƏN ÇOX OXUNANLAR

0.091685056686401