• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Erkin Qədirli qalib olduğu 6 məntəqədə nəticələrin ləğvini tələb edir



16 Saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini vermiş Respublikaçı Alternativ Partiyasının (REAL) üzvü Erkin Qədirli qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğv edilməsini tələb edir.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Partiyanın rəsmi sosial şəbəkə hesablarında məlumat dərc olunub.

“01 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin protokollarına əsasən 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olan Qədirli Erkin Toğrul oğlu qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına bu gün (4 sentyabr – red.) şikayət ərizəsi ilə müraciət etdi. Şikayət olunan məntəqələrədə seçici aktivliyini süni formada artırmaq məqsədilə səs vermiş seçicilərin sayı olduğundan artıq göstərilib”, - məlumatda deyilir.

ƏN ÇOX OXUNANLAR

0.08432412147522