• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yeni tikilən bina qalmaqal yaratdı: ustanın ifşası - AÇIQLAMA (VİDEO)



Bakı şəhərində yeni tikilən binaların birində aparılan video çəkiliş gündəm mövzularından birinə çevrilib.

“Ölkə.Az” xəbər verir ki, həmin görüntülülərdə usta standartlara uyğun olmayaraq tikinti aparıldığını iddia edir. Deyilir ki, mərtəbəarası arakəsmə örtükdə 16-lıq əvəzinə 8-lik artmaturdan istifadə olunub, beton örtüyü isə 20 sm olmaq əvəzinə 10 sm-dir. 
Sözügedən binanın isə hansı tikinti şirkəti tərəfindən tikildiyi məlum deyil.

Əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı “Ölkə.Az”a açıqlamasında bildirdi ki, mərtəbə arası örtüyün 10 sm olması anormal haldır və standarta uyğun deyil:

“Bu qalınlıq təqribi olaraq 17 sm-dən yuxarı olmalıdır. Həmçinin qeyd olunan 8-lik armatur olmamalıdır. Kimlərsə yuxarı mərtəbələrə doğru nazikləşmənin təbii olduğunu deyib. Lakin 8-lik armatur fərdi yaşayış evinin mərtəbələrinin arası üçün də uyğun gəlmir. Bu armaturla mərtəbəarası örtüyə beton tökmək olmaz. Burada betonun standartına da baxılmalıdır ki, tələblərə cavab verib-vermədiyi məlum olsun”.

Ekspertin sözlərinə görə, bu məsələlər ciddi şəkildə araşdırılmalıdır: “Son illərdə Fövqəladə Hallar Nazirliyi hər mərtəbənin betonu tökülən zaman oradan nümunələr götürür və ekspertizaya verir. Ekspertiza da rəy verir. Əgər həmin betonun keyfiyyəti müvafiq standartlara uyğun deyilsə, tikintinin dayandırılması ilə bağlı qərar qəbul edir. Eyni zamanda mərtəbələrarası örtüyün hazırlanması zamanı standartlara uyğunluq yoxlanılır. Bundan başqa tikinti şirkəti tikintiyə başlamazdan əvvəl işçi layihə qəbul edir. Bu layihədə göstərilən rəqəmlərə əməl olunmalıdır. İnanmıram ki, burada armatur ölçüsü 8-10 sm göstərilib və o da qəbul olunub. Layihədə göstəriləndən fərqli ölçü istifadəsi aşkar olunduqda tikinti şirkəti üçün böyük problemlər yarana, tikinti dayandırıla bilər. Həmçinin mərtəbənin sökülərək qeyd olunan standartlara uyğun tikilməsi tələb oluna bilər”. 

R. Osmanlının fikrincə, bu binalar nəinki zəlzələ, yaşayış üçün də təhlükəlidir: “8-lik armaturla 10 sm qalınlıqda mərtəbəarası beton olan evə 20-30 nəfər qonaq gələrsə, burada çökmə yarana bilər”.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.13406705856323