• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Venesuela bu ölkənin üçdə ikisini ilhaq etmək barədə qərar verib



Venesuelalıların əksəriyyəti Qayananın üçdə iki hissəsinin ilhaqına səs verib

Ölkə.Az “The New York Times”ə istinadən xəbər verir ki, dekabrın 3-də Venesuelada keçirilən referendum zamanı ölkə əhaliisnin 90 faizindən çoxu qonşu Qayananın üçdə ikisindən çoxunu əhatə edən Essequibo bölgəsinin ilhaqına səs verib. 

Referendumun təşəbbüskarı Venesuela prezidenti Nikolas Maduro olub. Səsvermə beş bənddən ibarət olub, onların hər biri Qayana ilə mövcud sərhədin tanınmaması və qonşu ölkənin əksər hissəsinin Venesuelaya birləşdirilməsi məqsədi ilə onun yenidən nəzərdən keçirilməsinə bərabər olub.

Essequibo bölgəsi Venesuela ilə sərhəddə Qayana ərazisinin çox hissəsini tutur. Bu torpaqların əhalisinin az olması və neftlə zəngin olması, Venesuela tərəfinin neft hasil edən dövlət kimi marağına səbəb olub.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.094099998474121