• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyada koronavirusdan ölüm sayında növbəti antirekord



Rusiyada son sutkada koronavirusdan 1 251 nəfər ölüb. Bu, pandemiya başlayandan maksimum göstəricidir. Bundan əvvəlki antirekord bir gün əvvəl qeydə alınıb- 1 247 nəfər.

Bununla da Rusiya ərazisində koronavirus səbəbilə baş verən ölüm hallarının sayı 260 335 nəfərə çatıb.

Şərti ölüm nisbəti (son ölüm yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,82 % səviyyəsində qalıb.

Rusiyada koronavirusa yoluxanların sayı isə son gündə 37 374 nəfər artaraq 9 219 912 nəfərə çatıb.

Mənbə: TASS

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.10166907310486