• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda bir adam hər ay 456 manat pul xərcləyir



Cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Ölkə.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu dövrdə  əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 456,1 manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 16 manat çoxdur. 

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 252,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 203,9 manatlıq qeyri-ərzaq malları alır.

ƏN ÇOX OXUNANLAR

1.0645401477814