• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ bəzi dövlətlərdən neftin bir hissəsini ehtiyatlardan çıxarmalarını istəyib



ABŞ prezidenti Cozef Bayden administrasiyası Çin, Hindistan, Yaponiya və Cənubi Koreya da daxil olmaqla bir sıra ölkələrin nümayəndələrinə neftin bir hissəsini strateji ehtiyatlarından çıxarmaq imkanlarını nəzərdən keçirmələrini istəyib.

Vaşinqton dünyada enerji resurslarının maya dəyərini azaltmaq və iqtisadiyyatın bərpasını təşviq etmək üçün bu tədbiri görməyi təklif edib.

Qeyd olunur ki, hələlik yekun razılıq əldə olunmayıb.

Noyabrın 4-də OPEC+ sazişi ölkələri dekabrda gündəlik 400 min barel neft hasilatının bərpası planına sadiq qaldılar. Eyni zamanda, ABŞ və digər idxalçılar onları qıt bazarın tədarükünü sürətləndirməyə çağırdılar. Lakin Rusiya Federasiyası və Səudiyyə Ərəbistanında belə qənaətə gəliblər ki, tələbatın azalması və qiymətlərin potensial olaraq aşağı düşməsi səbəbindən hazırkı şəraitdə neft hasilatının artırılması qeyri-mümkündür.

Mənbə: Aif.ru

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.084561824798584