• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paşinyan KTMT-dən çıxmaqla hədələyib



Ermənistanın hazırda təşkilatda daimi nümayəndəsi yoxdur, o, uzun müddətdir ki, KTMT-nin yüksək və yüksək səviyyəli tədbirlərində iştirak etmir.

APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin KTMT-də iştirakını dondurması ilə bağlı səsləndirdiyi fikirlərinə aydınlıq gətirərkən deyib.

"Biz təşkilatda çox aydın və birmənalı şəkildə, xüsusən də strukturun məsuliyyət zonasının Ermənistanda yerləşməsi ilə bağlı suallar qaldırırıq. Hələ də cavab almamışıq", - Baş nazir əlavə edib.

Onun sözlərinə görə, KTMT təhlükəsizlik sahəsində öhdəliklərini yerinə yetirmək əvəzinə, Ermənistan Respublikası üçün təhlükəsizlik problemləri yaradır və bu mövqe, Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdiddir.

“Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, məsələlər həllini tapmasa, de-yure də bunu edəcəyik”, - Ermənistan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.

ƏN ÇOX OXUNANLAR

0.19801616668701