• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Adnan Oktar başqa həbsxanaya köçürüldü: 15 gündə 200 qadın vəkillə...



Türkiyədə 8 658 il həbs cəzası alan təriqət lideri Adnan Oktar həbsxanada 200-ə yaxın qadın vəkillə görüşüb.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, o, yeni məzun olmuş vəkillərlə 15 gün ərzində 600-ə yaxın görüş keçirib.

Ərzurum Dumlu Qapalı Həbsxanasında olan Adnan Oktar təhlükəsizlik səbəbilə Van Başkale Qapalı Həbsxanasına köçürülüb.

Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Onun bu görüşlər vasitəsi ilə təşkilata üzvlər qazanmağı hədəflədiyi, qanun çərçivəsində həbsxanaya girib-çıxmaqda sərbəst olan vəkillik peşəsindən faydalanaraq təşkilati rəftar və davranışları istiqamətləndirməyə çalışdığı və bu təsbitlər nəticəsində şüpəlinin vəkillərlə görüşünün məhdudlaşdırıldığı bildirilib.

Günay

ƏN ÇOX OXUNANLAR

0.10184001922607