“Vətən uzaqda deyil” verilişinin növbəti buraxılışı ABŞ-nin Hyuston şəhərində çəkilib.
Ölkə.az xəbər verir ki, İctimai TV və Diaspor TV-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının bu dəfəki qonağı Azərbaycanın Xalq artisti Leyla Bədirbəylinin nəvəsi Mehin Cavanşir və onun həyat yoldaşı olub.
Mehin Cavanşir ABŞ-dəki fəaliyyəti haqqında danışıb və nənəsi L.Bədirbəyli ilə bağlı maraqlı xatirələrini bölüşüb.
İctimai TV-də yayımlanan “Vətən uzaqda deyil” verilişinin növbəti buraxılışını aşağıdakı linkdən izləmək mümkündür: