• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kaliforniyada yolda “pul yağışı” - VİDEO



Kaliforniyanın San-Dieqo şəhərindəki yollardan biri inkassator maşınından düşən pulla dolu çantaya görə bir neçə saatlıq bağlanıb.

Zirehli yük maşını Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyasının ofislərindən birinə gedərkən naməlum səbəbdən yolda təsadüfən qapısı açılıb. Hadisə zamanı pullar onlarla metr əraziyə səpələnib. Hadisənin şahidi olan sürücülər dərhal avtomobillərini tərk edərək pulları toplamağa başlayıblar.

Kaliforniya polisi hadisə ilə bağlı iki nəfəri saxlayıb. Həmçinin pulları toplayaraq ərazidən qaçanlara xəbərdarlıq edilib. Onların iki gün ərzində pulları qaytarmayacağı halda məsuliyyətə cəlb olunacağı bildirilib.

Mənbə: Vesti.ru

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.093178987503052