• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Pentaqon: ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artıra bilər



Birləşmiş Ştatlar Yaxın Şərqdə əhəmiyyətli hərbi mövcudluğunu saxlayacaq və lazım gələrsə, onu artıracaq.

Bu barədə Pentaqonun rəhbəri Lloyd Austin bildirib.

“Bizim (regionda - red.) çox real gücümüz var. Biz bunu dəstəkləyə bilərik və edəcəyik. Lazım gələrsə, əlavə qüvvələr köçürəcək və bunu tez bir zamanda edəcəyik", - o, Bəhreyndə keçirilən “Manama Dialoqu” konfransında deyib.

Ostin əlavə edib ki, ABŞ diplomatiyaya üstünlük verir və hərbi gücə dəstək vasitəsi kimi baxır.

Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə regionun üzləşdiyi təhlükələri əks etdirə bilən “çoxtərəfli tərəfdaşlığın dərinləşdirilməsində israrlıdır”.

O, bunların arasında koronavirus pandemiyası, iqlim böhranı, nüvə silahlarının yayılması problemləri, ekstremist qrupların fəaliyyəti, həmçinin “İranın terror qruplaşmalarına dəstəyini” sadalayıb. Austin əlavə edib ki, İranın pilotsuz hücum təyyarələri ABŞ-ın yaraqlılarla döyüşməsinə mane olur.

Mənbə: RİA Novosti

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.10537815093994