• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Siqaret istehsalçılarına investisiya məbləği ilə şərt qoyulmasına aydınlıq gətirilib



İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tütün məmulatının istehsalı üçün investisiyanın məbləği ilə bağlı qoyulmuş şərtə aydınlıq gətirib.

"Report" xəbər verir ki, bu barədə qurumun rəis müavini Samirə Musayeva Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında danışıb.

O, deyib ki, tütün məmulatlarının istehsalı üçün tələb olunan avadanlıqların bazar qiyməti burada nəzərə alınıb.

"Yerli tütün məmulatlarının istehsalı yerli bazarın tələblərinə cavab verməli, idxal isə tənzimlənməlidir. Ona görə də ölkə ərazisində bir il fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbi qoyulub. Yerli tütünçülüyün inkişafı bu layihə ilə hədəflənir", - deyə S.Musayeva əlavə edib.

Bundan başqa, vergi rəsmisi qeyd edib ki, tütün məmulatlarının tərkibində 2024-cü ildən başlayaraq 2030-cu ilədək yerli xammalın həcminin artırılması hədəflənir: "Tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram yerli xammal, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olması tələbi qoyulur. Bu da yerli bazarın qorunması ilə bağlı məqsədlərə xidmət etmiş olacaq".

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
0.69414901733398