Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlıq üzrə yeni Çərçivə Sənədi imzalanacaq.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Bakıda keçirilən “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında bildirilib.
Tədbirdə 2026-2030-cu illəri əhatə edəcək yeni sənəd üzrə yol xəritəsi təqdim edilib.