• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xırdalandakı görüntüyə "barbarlıq" deyildi: İcra Hakimiyyətindən münasibət - FOTO



Abşeron rayonu Xırdalan şəhərində səki problemi ilə bağlı narazılıqların ardı-arası kəsilmir.

“Ölkə.az” xəbər verir ki, bu dəfə də səkinin parkinqə çevrilməsi ilə bağlı şikayətlər səsləndirilir.

Belə ki, Heydər Əliyev prospekti, AAAF park yaxınlığında yeni açılan supermarketin önündəki səki zəbt olunaraq parkinqə çevrilib. Nəticədə piyadalar yolun hərəkət hissəsinə daxil olur ki, bu da onlar üçün təhlükə yaradır. 

Sosial şəbəkələrdə mövcud vəziyyət “növbəti barbarlıq aktı” kimi şərh olunur.

Abşeron Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirib və müvafiq tapşırıqların verildiyini qeyd edib:

“Tərəfimizdən Xırdalan şəhərində müxtəlif obyektlər tərəfindən zəbt edilən səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və RİH-in Memarlıq və Tikinti Şöbəsinə müvafiq tapşırıqlar verilib”.

Könül
Ölkə.Az

 

ƏN ÇOX OXUNANLAR

  • 9
"Neftçi" qalib gəldi
0.027350902557373