• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO



Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar.

"Ölkə.az" Trend-ə istinadla bildirir ki, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər.

Onların “Vaqarşapat rəqsi” adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasında erməni pianoçu Hayk Melikyan tərəfindən ifa olunub.

Ermənilər bu musiqinin 1947-ci ildə Arno Babacanyan tərəfindən yazıldığını iddia ediblər.

Bu həqiqətən doğrudurmu?

Məsələ burasındadır ki, bu əsər dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasındandır.
Üzeyir Hacıbəyli bu komediyanı hələ 1910-cu ildə yazıb. Onun premyerası 1911-ci ildə, Arno Babacanyanın anadan olmasından 10 il əvvəl Bakıda baş tutub.

Komediya 1912-ci ildə Şuşada tamaşaya qoyulub. Əsər ilk dəfə 1919-cu ildə lentə alınıb. İkinci dəfə isə “O olmasın, bu olsun” filmi 1956-cı ildə çəkilib.

Təqdim etdiyimiz videoda erməni pianoçu Hayk Melikyanın ifa etdiyi “Vaqarşapat rəqsi” ilə Üzeyir Hacıbəylinin yazdığı “O olmasın, bu olsun” musiqisini müqayisə edə bilərsiniz.

ƏN ÇOX OXUNANLAR

0.042827129364014