• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm



Oyunçulardan razı qaldım.

"Ölkə.az" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXIII turunda "Neftçi" ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis 5:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib: "Oyunçulardan razı qaldım. Amma daha yaxşı ola bilərdik. Bəzi səhvlərimiz oldu. Bəlkə də mən "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm. Çünki onlar bu cür matçlara fərqli yanaşırlar. Məğlubiyyətə baxmayaraq, "ağ-qaralar" böyük klubdur. Hər bir komandanın eniş dövrü olur. Biz də buna hazırlaşmalıyıq".

ƏN ÇOX OXUNANLAR

0.11368680000305