• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıdakı Dünya kuboku rekordla başa çatdı



Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku başa çatıb

"Ölkə.az" xəbər verir ki, yarışın son günündə kişilər və qadınlar arasında tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəş açma növündə final görüşləri keçirilib.

Qadınların yarışında qalib adı uğrunda mübarizədə İngiltərə və Çin atıcıları üz-üzə gəliblər. Böyük britaniyalı Şona Makintoş son atışlarda dəqiqlik nümayiş etdirərək qızıl medala sahib olub. Üçüncü yeri isə Anna Yanssen (Almaniya) tutub.

Bakıda ardıcıl ikinci il Dünya kubokunun qalibi adını qazanan Makintoş bildirib ki, öz gücünə əvvəldən inanıb: “İki gün əvvəlki finalda dördüncü yeri tutmuşdum. Həmin vaxt atışlarım istədiyim kimi olmamışdı. Bu gün qalib adını qazansam da, doğrusu, performansım yenə də tam istədiyim kimi deyil. Daha yaxşısını edə biləcəyimə inanıram. Finaldakı rəqibim çinli idi. Onları məğlub etmək çox çətindir, dəmir iradəyə sahibdirlər. Xüsusən xallar arasında fərq az olanda, iş bir az da çətinləşir. Öz gücümə inanaraq qələbənin öhdəsindən gəldim”.

O, saçlarının göy rəngdə olmasının da sirrini açıqlayıb: “Bu mənim “uğur çubuğum”dur. 6-7 ildir saçlarım belədir. Bəzən göy rəngdən yaxa qurtarmaq istəsəm də, içimdən gələn səs məni dəyişiklik etməməyə çağırıb. Çünki bu saç forması mənə uğur gətirir”.

Eyni növdə kişilərin final yarışında qalib adını aşkar üstünlüyə malik olan Yukun Liu qazanıb. Çinli idmançı mayın 9-da məhz bu Dünya kubokunda müəyyənləşdirdiyi rekordu (467.3) təzələyərək 468,9 xalla qızıl medala sahib olub.

Avstriya təmsilçisi Aleksander Şmirl gümüş, çexiyalı Jiri Privratski bürünc medalla kifayətlənib.

 

ƏN ÇOX OXUNANLAR

0.026646137237549