Azərbaycan millisinin üzvü Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb.
Ölkə.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onun əvəzinə “Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli dəvət alıb.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələdə Estoniya, bundan 3 gün sonra isə Solnada İsveç milliləri ilə qarşılaşacaq.