Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 78 mənzil alıblar.
Ölkə.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) oktyabr ayı üzrə açıqladığı mənzil satışı statistikasında bildirilib.
Beləliklə, azərbaycanlılar Türkiyədə ən çox mənzil alanlar siyahısında 7-ci sırada qərarlaşıb. Hesabat dövründə Türkiyədə mənzil satışları ötən ilin eyni ayına görə 76,1% artaraq 165 min 138 olub.
Oktybr ayında 24 min 812 ilə mənzil satışında ən yüksək paya sahib bölgə İstanbul olub.
Bu dövr əzində Rusiya vətəndaşları Türkiyədə 373 mənzil alıblar. Rusiya vətəndaşlarını müvafiq olaraq 172 mənzil ilə İran, 136 mənzil ilə Ukrayna vətəndaşları izləyib.