• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Onlar COP29-un torpaqlarını öz gücünə azad edən Azərbaycanda keçilirilməsini həzm edə bilmirlər



"İqlim dəyişikliyi ilə qlobal mübarizə bütün dünyanın həmrəyliyini tələb edir. Azərbaycan da beynəlxalq səviyyədə iqlim çağırışlarına xüsusi diqqət yetirərək ekoloji proqram və konvensiyaların tələblərinə məsuliyyətlə yanaşır. BMT-nin İqlim Dəyişmələri üzrə  Çərçivə Konvensiyasına qoşulmuş ölkəmiz istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı öhdəliklərə qoşularaq bu istiqamətdə ilk Milli fəaliyyət planını hazırlayıb, habelə Kioto Protokolunu təsdiq edib. Həmçinin, respublikamız Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı ildə imzalayaraq ratifikasiya edən ilk ölkələrdən biridir. Azərbaycan COP29-a ev sahibliyi etməklə bu istiqamətdə öhdəliklərə sadiq olduğunu nümayiş etdirir".

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. 

Deputat bildirib ki, ölkəmiz dünyanın ən mötəbər tədbirini yüksək səviyyədə təşkil edib. "COP29-un açılış mərasimi də bu faktı təsdiqləyir. Açılış mərasimində dərin məzmunlu çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlər, eləcə də qarşıda duran vəzifələr barədə fikirlərini açıqlayıb", - o deyib.

Deputat əlavə edib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi həmin qlobal öhdəliklərin yerinə yetirilməsi üçün fundamental hüquqi bazadır və sənəddə çoxplanlı tədbirlər müəyyən edilib: "Həmçinin, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təmiz ətraf mühit konseptinə uyğun olaraq bərpaolunan enerji mənbələrindən istifadənin, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi və digər məqsədlər müəyyən edilib. Bütün bunlar, ölkəmizin qlobal iqlim dəyişiklikləri ilə mübarizədə dönməz və prinsipial niyyətini ifadə edir. Cənab Prezident çıxışında Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizdə təbiətə, ekologiyaya vurduğu ziyan haqqında da məlumat verib. Görünür, Ermənistana havadarlıq edən bəzi Qərb ölkələrinin COP29-un ölkəmizdə keçirilməsinə əngəl olmaq cəhdlərinin səbəblərindən biri də bu idi. Halbuki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışır. Məntiqlə, Azərbaycanın bu təşəbbüsünə məhz həmin Qərb ölkələri də dəstək verməlidir. Çünki ölkəmizin bu niyyəti xoş məramlıdır. Üstəlik, Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərimizi yaşıl enerji zonası elan edib. Bu fakt da yaşıl iqtisadiyyat üçün böyük töhfədir".

Deputatın sözlərinə görə, Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. "Dövlətimizin başçısının dediyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik", - o vurğulayıb.

COP29-la bağlı Azərbaycanın hədəf seçilməsi ilə bağlı mövqeyini açıqlayan deputat bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi: "İddia edilir ki, guya Azərbaycan neft ölkəsi kimi ekologiyaya ciddi ziyan vurur. Halbuki, Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Azərbaycandan dəfələrlə çox neft-qaz istehsal edən ölkələr var. Onların arasında bizi tənqid edənlər də var. Bu tənqidlərin heç bir əsası yoxdur.

Sadəcə, həmin Qərb dairələri, onların təsirində olan müxtəlif qeyri hökumət təşkilatları BMT kimi dünyanın ən böyük təşkilatının ən mötəbər tədbirinin Azərbaycan kimi müstəqil siyasət yürüdən, torpaqlarını öz gücünə işğaldan azad edən ölkədə keçilirilməsini h…

ƏN ÇOX OXUNANLAR

0.026241064071655