"Qalatasaray" klubunun yeni prezidenti sabah keçiriləcək seçkidən sonra bəlli olacaq.
Məlumata görə, "sarı-qırmızılar" yeni mövsüm üçün hazırlıqlarını davam etdirərkən prezident seçkisi keçirəcəklər.
Belə ki, İstanbul təmsilçisini idarə etmək üçün iki şəxs namizədliyini irəli sürüb: komandanın hazırkı prezidenti Dursun Özbek və professor, siyasətçi Süheyl Batum prezidentlik üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, klubun prezident seçkisi mayın 25-də saat 16:00-da keçiriləcək.