Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Ölkə.az xəbər verir ki, o, şəxsi instaqram hesabında bacısı Ayşəni 25 yaşı tamam olması münasibətilə təbrik edib.
Emreli onun üçün aldığı gül buketinə "Dünya bir yana sən bir yana... Ad günün mübarək" sözlərini yazdıırıb.
Xatırladaq ki, Mahir və Ayşə uzun müddətdir ayrılan prodüser Anar və Elnurə Mədətovaların övladıdır.