• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda



Xalq artisti Rasim Balayev “Alatava” serialı ilə bağlı yeni açıqlamalar edib.

"Ölkə.az" xəbər verir ki, sənətçi ekran işini izlədiyini və yaxşı çəkildiyini bildirib. Bu barədə o, “Zarafat bir yana” proqramında danışıb:

“Mənə bir müraciət oldu. Məndən soruşdular ki, “Alatava” filminə baxmısınız? Dedim, yox. Doğrudan da, baxmamışdım. Dedilər ki, başdan-ayağa söyüşdür. Mən də qayıtdım ki, əgər söyüşdürsə, bu yolverilməzdir, tərbiyəsizlikdir. Mən bu sözü demişəm, amma baxmayaraq. Və sonra baxdım. Yaxşı çəkilib. Orada bəzi sözlər var, onu əvəz etmək olardı. Yəni, “zibilə düşdük” deyə bilərdi, orada başqa bir qoxunun gəlməyinə nə ehtiyac var. Onunla tamaşaçı o filmin qiymətini artırmır. Onu çəkən adamlar yaxşı, çox təbii danışırlar. Yaxşı cəhətləri çoxdur. Və o sözlərlə yenə barışmıram. Xoşuma gələn tərəfləri oldu. Çox təbii, aktyorlar çox gözəl oynayır, aktual bir mövzudur. Mən onu demək istəyirdim ki, amma cavanlar başa düşmək istəmir ki, gül kimi materialınız var, niyə özünüz onu korlayırsınız. O sözlər lazım deyildi. Bu dünyada biz hamımız müvəqqətiyik. Bəzən deyirlər ki, bu qocalar cavanların qabağını alır. Mən niyə qabağını alıram. Mənim vaxtım keçib getdi. Mənim də bir dövrüm var idi, keçdi”.

Aparıcı Azər Baxşəliyev həmin filmin sadəcə yutubda söyüşlə yayımlandığı bildirib və sənətçinin bir zamanlar “Bozbash pictures”i də tənqid etdiyini xatırladıb. Balayev hər bir halda söyüşü qəbul etmədiyini söyləyib:

“Hər bir vəziyyətdə o söyüşün, biədəb sözün əlehinəyəm. Mən həmişə demişəm, sizin çox layihələrə. Görürəm ki, istedadlı uşaqlardır. Amma yazı yoxdur. Özlərindən düzəldiblər. Yazıdan çox şey asılıdır”.(Olay)

ƏN ÇOX OXUNANLAR

  • 10
"Qarabağ"da ciddi itki
0.023442029953003