Xoşuma gələn təklif olsa, dəyərləndirəcəyəm. Əks təqdirdə, "Dinamo"da qalacağam.
Bunu "Report"a açıqlamasında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun və Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli deyib.
Hazırda yığmanın düşərgəsində təlim-məşq toplanışında iştirak edən 26 yaşlı hücumçu gələcək karyerası ilə bağlı danışıb: "Açığı, hazırda yeni klub barədə heç nə düşünmürəm. Çünki bütün diqqətimi yığmanın toplanışına yönəltmişəm. Millinin yoldaşlıq görüşlərindən sonra gələn təkliflərə baxacağam".
Qeyd edək ki, "Dinamo" klubu 82 xalla 2023/2024 mövsümünü 1-ci pillədə başa vurub.