• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Misirin kurort şəhərindən qayıdan turist təyyarənin tualetində intihar edib



Rusiya vətəndaşı hərəkətdə olan sərnişin təyyarəsinin göyərtəsində intihar edib.

Təyyarə Misirin Şarm əş-Şeyx kurort şəhərindən Rusiyanın Samara şəhərinə reys həyata keçirib.

Qeyd olunur ki, təyyarə hərəkətdə olarkən sərnişin tualetə daxil olub və orada intihar edib.

Ekipaj üzvləri və sərnişinlər kabinəni açaraq həyatına qəsd edən şəxsə ilkin tibbi yardım göstərməyə cəhd etsə də, onu həyata qaytarmaq mümkün olmayıb.

Təyyarənin pilot heyəti Qahirədə təcili eniş etmək qərarına gəlib.

Mənbə: Baza “Telegram” kanalı

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.10366582870483