• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İspaniyada "Mbappe qanunu" tətbiq ediləcək



Madrid icması "Mbappe qanunu" adlanan layihənin təsdiqini nəzərdən keçirir.

Bu qanun İspaniyanın paytaxtında məskunlaşan və sərmayə qoyan əcnəbilər üçün regional fərdi gəlir vergisinin ləğv edilməsini nəzərdə tutur.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat verib.

Mənbənin sözlərinə görə, Madrid ictimaiyyəti bir müddətdir ki, bu yeni qanunu nəzərdən keçirir və onun təsdiqlənməsinin son mərhələsindədir.

Qeyd olunur ki, bu layihə "Mançester Yunayted"dən olan ingilis yarımmüdafiəçi ilə müqavilə imzaladıqdan iki il sonra, 2005-ci ildə tətbiq edilən "Bekhem qanunu"nu xatırladır. Bu qanun işləmək üçün İspaniyaya köçən əcnəbilərə gəlirlərindən asılı olmayaraq cəmi 24% sabit fərdi gəlir ödəməyə imkan verirdi.

Xatırladaq ki, ötən gün, iyunun 3-də "Kral klubu" 25 yaşlı Mbappenin transferini rəsmən açıqlayıb. Futbolçunun "Real"la müqaviləsi 2029-cu ilə qədərdir.

Daha əvvəl Mbappe PSJ-də çıxış edib. Ötən mövsüm fransalı hücumçu komandanın heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib. Nüfuzlu "Transfermarkt" internet portalı fransız forvardın bazar dəyərini 180 milyon avro qiymətləndirir.(oxu.az)

ƏN ÇOX OXUNANLAR

0.056320905685425