• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mourinyo sabiq hücumçusunu "Fənərbağça"da görmək istəyir



Joze Mourinyonun "Fənərbağça"nın yeni baş məşqçisi təyin olunmasının ardınca dünya ulduzunun "sarı-lacivərtlər"ə transferi gözlənilir. 

"Tottenhem"in hücumçusu Son Hın-Minin adı "Fənərbağça" ilə anılır. Belə ki, portuqaliyalı mütəxəssis sabiq futbolçusunu Türkiyə klubuna gətirmək istəyir. Klub rəhbərliyi də Son ilə maraqlanır. 

Adı Səudiyyə Ərəbistanı klubları ilə hallanan 31 yaşlı forvardın London təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. 

Qeyd edək ki, Joze Mourinyonun "Tottenhem" dönəmində 70 oyun keçirən koreyalı oyunçu 29 qol vurub, 25 assistə imza atıb.

ƏN ÇOX OXUNANLAR

0.022055864334106