2024-cü il Avropa çempionatında yeni texnologiya ilk dəfə istifadə edilib.
Offsideplus.az xəbər verir ki, onun köməyi ilə futbolçulardan hər hansı birinin topa əli ilə toxunub-toxunmadığını müəyyən etmək mümkün olub.
Qrup mərhələsinin 1-ci turunun Belçika və Slovakiya milliləri arasında keçirilən matçda (0:1) VAR belçikalı hücumçu Romelu Lukakunun qolunu ləğv edib.
Hücum zamanı Belçika yığmasının hücumçusu Lois Openda əli ilə topa toxunub. Video təkrarına baxarkən, yayımda EKQ-yə bənzər bir qrafik göstərilib. Topa əllə toxunduqdan sonra onun əyildiyi yeni texnologiya sayəsində müəyyən olunub.
Topun içərisində istənilən toxunuşu qeyd edən 14 qramlıq sensor var.