• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

PSJ Mbappeyə 100 milyon avro borcludur



Parisin “Paris Sen-Jermen” (PSJ) klubu sabiq hücumçusu Kilian Mbappeyə 100 milyon avro borcludur.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Marca” yazıb.

Belə ki, PSJ Mbappenin gedişini elan etdiyi vaxtdan onun maaşını ödəməyib.

Hazırda problemi həll etmək üçün fransalı forvardın nümayəndələrinin yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Klubun futbolçuya iki aylıq maaş və bonuslar daxil olmaqla bütün məbləği ödəyəcəyi güman edilir.

Kilian Mbappe 7 ilini keçirdiyi PSJ-dən ayrıldığını bu ilin mayında açıqlamışdı. İyunun 3-də hücumçunun “Real Madrid”lə müqavilə imzaladığı rəsmən açıqlanıb.

ƏN ÇOX OXUNANLAR

0.043483972549438