Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü başa çatıb.
Frankfurtdakı "Valdştadion"da keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status-kvo"nu bərpa edib.
Bu nəticənin ardından A qrupunda xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü start götürüb.
A qrupunun oyunu Ştutqartdakı "MHP Arena"da keçirilir.
Qeyd edək ki, qarşılaşmanı argentinalı baş hakim Fakundo Telyo idarə edir.