• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qaynanasının pullarını oğurladı - Öz qazancı kimi ona verdi



Xaçmazda qaynanasının pul kisəsindən pulları oğurlayan şəxsə hökm oxunub. 

Qayanrinfo-nun məlumatına görə, 1990-cı ildə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anadan olmuş Mübariz Axundov qaynanasının evindən pul oğurlandığı üçün şübhəli şəxs qismində saxlanılıb. 

Heç yerdə işləməyən həmin şəxs iki ilidir yaşadığı qaynanasının evindən oğurluq etmək qərarına gəlib. Mübariz ticarətlə məşğul olan qaynanasının evinin yataq otağından parça materialdan hazırlanmış içərisində 6 min manat olan pul kisəsindəm 3200 manat götürüb. 

Təqsirləndirilən şəxs həmin pulla həyat yoldaşına telefon alıb, banka olan borcunu ödəyib və əlində qalan 250 manatı guya işləyib özü qazanıb deyərək qaynanasına verib. Qadın pul kisəsində pulların oğurlandığını bildikdən sonra polisə şikayət edib. Daha sonra məlum olub ki, hadisəni Mübariz Axundov törədib. 

Məhkəmənin qərarı ilə Mübariz Axundov Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Qarabağ"da ciddi itki
0.021218061447144