• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda 74 yaşlı kişi sevgilisini süpürgə ilə döydü



Bakının Xəzər rayonunda 1950-ci il təvəllüdlü Elman sevgi münasibətində olduğu Xuramana (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə Elmana məxsus evdə baş verib.

O, yaşadığı evdə olan zaman tanışı Xuraman ilə dalaşıb və mübahisə zamanı onun baş nahiyəsinə süpürgənin taxta qulpu ilə zərbə endirib.

Hadisəni törədən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. SEO Nədir

O qeyd edib ki, zərərçəkmiş Xuraman onun tanışıdır:

"Mən mütəmadi olaraq Xuramanın işlətdiyi kafeyə getmişəm. Hadisə günü Xuraman və onun qızı Ramilə evimə qonaq kimi gəldilər. Yemək yedikdən sonra bir qədər spirtli içki qəbul etdik. Sonradan Xuraman ilə aramızda sözlə mübahisə yarandı. Bu zaman plastik süpürgənin qulpu ilə Xuramanın başından vurdum".

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Qarabağ"da ciddi itki
0.019114017486572