• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Barbados hökuməti kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdıracaq



Barbados hökuməti simvolik bir addım olaraq Kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdırmağı planlaşdırır.

Yerli siyasətçildər bunu ölkəni Böyük Britaniya ilə birləşdirən “göbək bağını kəsmək” kimi qiymətləndiriblər.

II Elizabetin vəzifəsindən rəsmi şəkildə uzaqlaşdırılması noyabrın 30-a gözlənilir.

Eyni zamanda Barbados general-qubernatoru Sandra Meyson ölkə prezidenti rütbəsi ilə rəsmi dövlət başçısı olacaq.

Barbados - Şərqi Karib dənizindəki Kiçik Antil adalarında yerləşən prezident respublikasıdır. Ölkə 1966-cı ildə Böyük Britaniyadan müstəqillik qazansa da, hələ də Britaniya Millətlər Birliyinin bir hissəsi olmağa davam edir.

Mənbə: Bloomberg

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.091728925704956