İtaliyanın "İnter" klubu baş məşqçisi Simone İnzaqi ilə müqavilə müddətini uzadıb.
"Ölkə.az" xəbər verir ki, 47 yaşlı mütəxəssislə 2026-ci ilin yayına qədər yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Simone İnzaqi 2021-ci ilin yayında "İnter"in baş məşqçisi təyin olunub. Komanda ötən mövsüm UEFA Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Siti" klubuna 0:1 hesabı ilə uduzub.