• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Səfər Mehdiyev deputat olmaq eşqinə düşüb



Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev bir müddətdir ki, Naxçıvanda yaşayır.

Bu barədə özəl mənbələrdən Vətəninfo.az-a məlumat daxil olub.

Mənbənin məlumatına görə Səfər Mehdiyev Naxçıvanda böyük biznes strukturlarını idarə edir. Bu işdə sabiq Komitə sədrinə yaxın adamı olan Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq  rəisi, gömrük polkovniki Fuad Əlizadə yardımçı olur. Mənbəmiz iddia edir ki, sabiq komitə sədrinə bağlı şirkətlər “APF Group” MMC halqasında birləşib. Şirkətin Bakıda ofisi olsa da, şirkət Naxçıvandan idarə olunur.

Mənbəmizin iddiasına görə son günlər Səfər Mehdiyevin ətrafındakı media resurslarının aktivləşməsi əbəs deyil. Belə ki, Səfər Mehdiyev Naxçıvandan parlament seçkilərinə qatılmaq istəyir. Belə ki, sabiq komitə sədri 5 saylı Şahbuz-Babək dairəsindən namizədliyini irəli sürmək niyyətindədir. Mənbəmiz iddia edir ki, hətta Səfər Mehdiyev bu dairədən namizədliyini irəli sürmək üçün razılıq alıb və bu dairədə Səfər Mehdiyev Siyavuş Novruzovu əvəz edəcək. Qeyd edək ki, Səfər Mehdiyev də əslən naxçıvanlıdır.

ƏN ÇOX OXUNANLAR

1.998162984848