"Zirə" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab matçına çıxacaq.
"Report" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda "Dalğa Arena"da "Şerif"lə (Moldova) qarşılaşacaq.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab görüşü
18 iyul
20:00. "Zirə" - "Şerif" (Moldova)
Baş hakim: Bulat Sarıyev (Qazaxıstan).
Mərdəkan, "Dalğa Arena".
İlk oyun - 1:0.
Qeyd edək ki, "Zirə" - "Şerif" cütünün qalibi II təsnifat mərhələsində "Elfsborq" (İsveç) - "Pafos" (Kipr) qarşılaşmasında üstün olan komanda ilə üz-üzə gələcək. Bu cütün məğlubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq.