- 6
ENDİRİLİR
ENDİRİLİR
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev istefa verib.
Naxçıvanın Mərkəzi Seçki Komissiyasından TNS-in bu barədə sualına cavab verməyiblər. MSK-nın saytında göstərilən telefon nömrəsinə cavab verən şəxs sualı cavablandırmaqdan imtina edib.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirildiyi ərəfədə Mərkəzi Seçki Komissiyası sədrinin istefası ciddi suallar yaradır.
Məlumata görə, MSK-nın şöbə müdiri Əli Qədimov da ərizə yazaraq işdən çıxıb. Yaxşı seçki təcrübəsi olan Əli Qasımovun da istefası ciddi məsələdir, müəyyən problemlərə yol aça bilər.
Naxçıvanda nə baş verir?
Modern.az-ın əldə etdiyi məlumata görə, yaxın zamanda istefa xəbəri rəsmi olaraq açıqlanacaq.
O, 2020-ci il 3 noyabr tarixli qərarla Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri seçilmişdi.