• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Emil Rəhmanoğlunu narkotikə kim öyrəşdirdi? - Həyat yoldaşı hər şeyi danışdı



Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı musiqiçi Emil Rəhmanoğluna həsr olunub. Mərhum musiqiçi ilə bağlı xatirələrini bölüşən həyat yoldaşı Sabrina Həmzəyeva onun xəstəliyi haqqında danışıb:

"Dedilər ki, ayağı kəsilməlidir, tromb yaranıb. Qışqırdı, bağırdı, "yox, yox" dedi. Üzünə baxdım, dedim, dəlisən? Bir ayaqla səni ataram? Həmişə ona deyirdim ki, bizim o qədər gənc qazilərimiz var. Sən onlardan artıq deyilsən. Yola gətirdim, apardıq, dedilər ki, gecdir".

Skripka ifaçısı, mərhumun dostu Ramin Həsənov ondan ötrü darıxdığını söyləyib: "Emil üçün, onun sənəti üçün darıxacağam. Çünki indi musiqiçi azdır. Bizim Emillə birlikdə "Biləydin kaş" adlı mahnımız var. Orada pianonu və skripkanı mən ifa etmişəm. Bir dənə o mahnımız yadigar qaldı".

Ətraflı süjetdə:

ƏN ÇOX OXUNANLAR

0.028749942779541