• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Qəbələ" Səlahət Ağayevi transfer edib



Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Klubdan verilən məlumata görə, qapıçı Səlahət Ağayev yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

33 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Son klubu “Səbail” olan Ağayev 2022/2023 mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, əyalət təmsilçisinin heyətində 34 oyun keçirib. Əlcək sahibi Premyer Liqada 30, ölkə kubokunda 2, avrokuboklarda 2 matça çıxıb. Qapıçı karyerası ərzində Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016), “Neftçi” (2017-2021), “Sabah” (2021-22) və “Səbail”in (2023-24) də formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

 

ƏN ÇOX OXUNANLAR

0.024410009384155