• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi



"Ömürlüklər” bu nümunədən ibrət götürəcəkmi?

Məlum olduğu kimi, Vahid Əhmədov növbədənkənar parlament seçkilərindən namizədliyini geri götürüb. O, bunu yaxınlarının tövsiyyəsini və yaşını nəzərə alaraq atdığını bildirib.

Vahid Əhmədovun aldığı bu qərar yalnız onun özü ilə bağlı olsa da, əslində bu, həm də mühüm ictimai mesaj xarakterli bir addımdır. Əslində Vahid Əhmədov bununla yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi göstərdi. O, bununla hər kəsə, xüsusilə də Milli Məclisə “ömürlük iş yeri” kimi baxan insanlara göstərdi ki, insan xalqın ona olan rəğbət və dəstəyinə rəğmən lazımi məqamda özü-özünə “yox” deməyi bacarmalıdır. İnsanların inamından, hörmət və ehtiramından sui-istifadə etməkdən imtina etməli, sadəcə sözdə deyil, əməldə də gənclərə yol açmalı, onların siyasi kariyerası yolunda əngələ çevrilməməlidir.

Vahid Əhmədov namizədliyini geri götürməklə yeni bir siyasi ənənənin, siyasi mədəniyyətin əsasını qoydu. İndi ictimai-siyasi xadimlərin üzərinə düşən yeganə iş bu ənənəni qoruyub saxlamaq, onu inkişaf etdirməkdir. Heç kim unutmamamlıdır ki, demokratiyanın əsas prinsiplərindən biri dəyişiklik və yeniləşmədir. Vahid Əhmədov seçkilərdə iştirak etməkdən imtina etməklə, həm də bu prosesə təkan verdi, ölkəmizdə demokratik düşüncə tərzinin dərinləşməsində maraqlı odluğunu göstərdi.

Bəli, Vahid Əhmədov öz seçimini etdi və bu seçimlə mühüm bir prosesin başlanğıcını qoydu. Bəs “ömürlüklər” bu nümunədən ibrət götürəcəkmi? Bax, bunu zaman göstərəcək! (moderator.az)

ƏN ÇOX OXUNANLAR

0.021353006362915