• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu ay ABŞ-də Azərbaycan Evi açılacaq



"Avqustun ortasında ABŞ-də Azərbaycan Evi açılacaq".

Bunu "Report"a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bu məqsədlə ABŞ-yə səfər etməyi planlaşdırdığını açıqlayıb.

F.Muradov Dövlət Komitəsinin ABŞ universitetlərində gördüyü işləri də qeyd edib.

"ABŞ-də biz daha çox universitetlərdə işə başlamışıq. Çünki orada bütün proseslər təhsildən başlayır, ona görə də böyük universitetlərdə gənclərimiz tərəfindən Gənclər Birliyi yaradılıb".

Komitə sədri həmçinin bildirib ki, yaxın zamanda Çexiya və İraqda da Azərbaycan evinin açılması planlaşdırılır.

ƏN ÇOX OXUNANLAR

0.019535779953003