- 5
ENDİRİLİR
ENDİRİLİR
Hövsan qəsəbəsi “Bahar” yaşayış massivində sakinlər gələn ifunətdən şikayət edirlər.
“Xəzər xəbər”in məlumatına görə, kəskin qoxu vətəndaşların bəzilərinin səhhətində problemlər də yaradıb.
Sakinlər bildirir ki, ifunət yaxınlıqdakı zavoddan xüsusən də gecə saatlarında gəlir.
Vəziyyət elə həddə çatıb ki, vətəndaşlar axşam düşəndə evdən çölə çıxa bilmirlər.
Bakı Sukanal İdarəsindən verilən açıqlamada isə qeyd olunub ki, həmin qoxunun, neft boruları, Hövsan aerasiya stansiyası və ya idarəyə məxsus kanalizasiya xətləri ilə heç bir əlaqəsi yoxdur.
Ətraflı: “Xəzər xəbər”in videomaterialında: