• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

55 yaşlı qadın səkkizqat Olimpiya çempionu oldu



55 yaşlı alman atlet İzabelle Vert Olimpiya Oyunlarında səkkizinci qızıl medalını qazanıb.

"Ölkə.az" xəbər verir ki, o, bu gün Almaniya komandasının tərkibində komanda yarışında qalib gəlib.

Vert ilk qızılını 1992-ci ildə Barselona Olimpiadasında qazanıb.

Qeyd edək ki, onun ümumilikdə səkkiz qızıl və beş gümüş medalı var.

Tarixdə qazandığı qələbələrin sayına görə o, beş idmançıdan sonra ikinci yerdədir. Amerikalı üzgüçülər Mark Spitz və Maykl Felps, yüngül atletikaçılardan ABŞ-dən Karl Lyuis və Finlandiyadan Paavo Nurmi, habelə sovet gimnastı Larisa Latınina doqquz dəfə Olimpiya çempionu olublar.(qafqazinfo)

ƏN ÇOX OXUNANLAR

0.033391952514648