Finala çıxmaq üçün əlimdən gələni etdim.
"Report"un Parisə ezam olunmuş əməkdaşının məlumatına görə bunu Azərbaycanın boksçusu Alfonso Dominqes Paris-2024-də finala vəsiqə qazanması ilə bağlı fikirlərini bildirərkən deyib.
Boksçu çox gərgin döyüş keçdiyini vurğulayıb:
"Çox gərgin döyüş keçdi. Finaldan gözləntilərim qızıl medaldır".
Qeyd edək ki, final avqustun 9-da baş tutacaq.